Müğənni Tacir Şahmalıoğlu 31 il sonra şəhid olmuş qardaşının oğlu İntiqamı tapıb.
Lent.az-ın xəbərinə görə, onların görüşü “Təsir dairəsi” proqramında baş tutub. Tacir Şahmalıoğlu bildirib ki, qardaşı 90-cı illərin əvvəlində Xocalıda yaşayıb və orada evlənib.
Vəziyyət pis olduğuna görə, o qardaşı və onun ailəsi ilə görüşə bilməyib. Sonra əlaqələr kəsilib və o gəlinin də, qardaşı oğlunun da adını unudub.
Televiziya vasitəsi ilə axtarışa çıxan Taciri qardaşı oğlu İntiqam özü axtarıb tapıb. İntiqam efirdə əmisi Tacirlə, eyni zamanda digər əmisi və onların oğulları ilə görüşüb.
Tacir Şahmalıoğlu görüş zamanı göz yaşlarını saxlaya bilməyib.