“Sultan Abdulhamit”in Tahsin Paşası prezidentin  "sağ qolu"   oldu
06 iyun 2023 19:19 (UTC +04:00)

“Sultan Abdulhamit”in Tahsin Paşası prezidentin "sağ qolu" oldu

“Sultan Abdulhamit” serialında  Tahsin Paşa rolunu ifa edən aktyor Bahadır Nahit Yenişehirlioğlu Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra yenidən deputat seçilmişdi.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktyorluqla yanaşı hüquq təhsili də olan Yenişehirlioğluna Türkiyə Böyük Millət Məclisində qrup başqan vəkili vəzifəsi verilib. Beləcə o, prezident Ərdoğanın daha yaxınında yer alıb.

Ölkənin mədəniyyət xəbərlərində bununla bağlı maraqlı manşetlər yer alıb. “Əvvəllər Sultan Abdulhamitin sağ qolu idi, indi də prezidentin sağ qoludur”. 
 

# 2397
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar