Daim gündəmdə olan və rol aldığı ekran əsərlərində uğurları ilə gündəmdən düşməyən türkiyəli aktrisa Demet Özdemirin sosial media qazancı üzə çıxıb.
Lent.az xəbər verir ki, bu barədə "En Son Haber" məlumat yayıb.
Böyük sevgi ilə ailə qurduğu aktrisa və müğənni Oğuzhan Koçdan 8 ay sonra boşanan Demet Özdemir heç nə tələb etməyib və yeni həyatına davam edib.
Bundan sonra Özdemir yunan DJ Sergio ilə eşq yaşayıb.
Serial mövsüm finalına çıxan kimi tətilə çıxan və hazırda Yunanıstanda olan Özdemir sosial şəbəkədə 24 saatlıq hekayə (story) üçün aldığı qiyməti açıqlayıb.
O hekayəni 200 min türk lirəsinə (7405 ABŞ dolları) paylaşdığını bildirib.