Türkiyəli fenomen Şeyma Subaşı hələ boşanmadan yeni eşqə atılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun təzədən eşq yaşadığı iddia edilib. Subaşının yeni sevgilisinin iş adamı Burak Ateş olduğu bilinib. Hətta Ateşin Subaşının Mərakeşdəki toyunda iştirak etdiyi də bildirilir.
Qeyd edək ki, Şeyma dillərə düşən Mərakeşdəki Meedo ilə toyuna cəmi 15 nəfər dəvət edib. Toya dəvət olunan 15 nəfərdən biri də Burak Ateş olub.