Müğənni Sevda Yahyayeva həyat yoldaşı ilə fotosessiya etdirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, bu çəkilişi “Sevgililər günü” üçün reallaşdırıb. Sevda kameralar önündə həyat yoldaşı ilə dodaq-dodağa öpüşən zaman görüntülənib:
“Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur, çünki onun öz səsi var və öz yerinə özü danışır. Məhəbbətdən imtina etmək olmaz, çünki o, yaşamımızın qidasıdır. Bu ülvi hissləri yaşamağı hər kəsə arzu edirəm”.
Qeyd edək ki, Sevda Zakir adlı həkimlə ailə qurub.