Müğənni Səidə Sultan həmkarları Xatirə İslam və Rəqsanə ismayılova ilə birgə arxiv şəklini sosial şəbəkədəki səhifəsində paylaşıb.
Lent.az- xəbər verir ki, ifaçı paylaşımında qeyd edib ki, foto 12 il öncə çəkilib:
"Elə-belə rastıma çıxdı paylaşdım. Məncə, heç birimizdə elə bir dəyişiklik yoxdur. Yaxşı qalmışıq.Bir əmma odur ki, mənim qaşlarım çox nazikdir. İndi fikir verirəm ki, hamımızın qaşı nazikdir. O vaxt dəb imiş", deyə Səidə paylaşımda qeyd edib.
Rəqsanə isə onun paylaşımına "Bura haradı bacı? Bəh-bəh, burada cavanlıq vaxtımızdır", reaksiyasını verib.