Dünyaca məşhur müğənni Rihannanın ikinci usağıda oğlan olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mediada yer alan məlumatlara görə, avqustun 3-də ikinci övladını qucağına alan Rihannanın qızı yox, oğlu dünyaya gəlib. Belə ki, ifaçının qızı olması ilə bağlı iddialar öz təsdiqini tapmayıb.
Körpə Los-Ancelesdə doğulub. Onun adı dəqiqləşdirilməsə də, adının “R” hərfi ilə başladığı ortaya çıxıb.
Qeyd edək ki, müğənninin reper nişanlısı Eysap Rokidən ötən ilin mayında oğlu dünyaya gəlib.