Müğənni Rəqsanə İsmayılova Rusiyada "Instagram" sosial şəbəkəsinə giriş məhdudlaşdırılması xəbərinə reaksiya verib.
Lent.az-ın məlumatına görə, illərdi həmin ölkədə yaşayan ifaçı səhifəsində bu sözləri paylaşıb:
“Deyilənə görə, bu gündən etibarən İstaqram Rusiyada işləməyəcək. Görək nə olur”.
Qeyd edək ki, Moskva vaxtı ilə saat 00.00dan (Bakı vaxtı ilə 01.00) “Instagram”a giriş bloklanıb. Bu səbəbə görə, bir neçə rusiyalı məşhur ölkəni tərk edib.