Tanınmış müğənni Rəqsanə İsmayılova "Fani" adlı yeni mahnısını və klipini təqdim edib.
Lent.az-ın məlumatına görə, rejissor Anar Hüseynovun ekranlaşdırdığı ekran işi artıq ifaçının "YouTube" kanalına yerləşdirilib. Klipdə Rəqsanənin hamam vannasında olan görüntüləri də yer alıb.
Qeyd edək ki, “Fani”nin söz və musiqisi Elçin Məhərrəmova məxsusdur. Klipdə ifaçının stili üzərində qızı Aysun İsmayılova işləyib. Ekran işinin prodüseri Nigar Muraddır.