Əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova
22 oktyabr 2021 15:17 (UTC +04:00)

Əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova

Rafael İsgəndərovun qızı özündən çıxdı - HİCAB, İÇKİ... - FOTOLAR

Əməkdar artist Rafael İsgəndərovun qızı Gülarə İsgəndərova sosial şəbəkədə onu tənqid edənlərə cavab verib.

Lent.az-ın məlumatına görə, G.İsgəndərova bildirib ki, bu yaxınlarda hicaba keçdiyi üçün onu tənqid ediblər:

“Bəzi xəbər saytları mənim şəklimi götürüb, "hicab bağladı" adı altında paylaşıblar. Həmin şəkillərin altında "Ay bizə nə?”, digəri “Bağlayıb niyə reklam edir?”, kimi rəylər yazıblar.

O sözü yazan içi qurdlu insanlar, hər şeyi dəqiq bilmədən ağzınıza gələni yazmaqdan utanmırsınız?

Ay bisavad insan, hicabla reklam olur? Hələ biri yazıb ki, üzündə makiyaj var, belələri nə bilir islam nədir?

Ay insan, sən belkə də hansısa süfrə arxasında oturub, "Allah bizi qorusun" deyib, araq içəndə, mən ibadətlə məşğul idim. Mən hicabı kiminsə xoşuna gəlmək üçün yox, Allahın əmri olduğu və o biri dünyamı fikirləşdiyim üçün bağlamışam”. 

# 37296
avatar

Yalçın UĞUR

Oxşar yazılar