Rusiyalı müğənni Lada Dens bir müddət əvvəl avtomobil qəzası keçirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, üzündən iki dəfə əməliyyat olunan müğənninin son halı sosial şəbəkələrdə yayılıb.
Müğənninin meneceri Sergey Pudovkin onun səhhəti ilə bağlı bunları yazıb:
"İndi ən vacib şey onun reabilitasiyası və qəzanın ciddi nəticələrinin olmamasıdır. Bu gün müğənni ailəsi və dostları ilə söhbət edib. Üzündəki estetik problemlərlə bağlı məsələlər həll edilir, bütün lazımi prosedurlar həyata keçirilir”.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Krım magistralının 52-ci kilometrliyində baş verib. Qəza zamanı 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb.