Əməkdar artist Gövhər Rzayeva teleaparıcılarla bağlı gileyini açıqlayıb
Lent.az-ın xəbərinə görə, o yaradıcılığından yox, şəxsi həyatından bəhs edilməsindən bezdiyini deyib.
"Söz tapmırlar danışmağa. Mənə aparıcılar verilişdə sual verirlər, cavab verirəm. Dəfələrlə deyirəm ki, bu haqda başqa verilişlərdə danışmışam, amma deyirlər ki, yenə danış. Bundan narazıyam.
Eyni şey haqqında nə qədər danışmaq olar? Bezirəm. Deyirlər ki, aşığın sözü qutaranda, yarım-yarım deyir. O aparıcılar da elədir".