Rusiyalı estrada müğənnisi Filipp Kirkorov Alla Puqaçova ilə nə səbəbə evlənməsi barədə danışıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, o, Allanın “Güclü qadın pəncərə qarşısında ağlayır” mahnısını dinlədikdən sonra ciddi qərar verib.
“Allanın mahnısı mənə o qədər təsir etdi ki, ona evlilik təklifi etdim. Gör necə sırtıq olmuşam”, - o bildirib.
Cütlük 1994-cü ildə evlənib, 2005-ci ildə ayrılıb.
Bu Filippin yeganə evliliyi olub. Alla isə ona qədər və ondan sonra da ailə qurub.