Məşhur amerikalı müğənni Şer hesab edir ki, hər bir qadın heç olmasa bir dəfə özündən kiçik kişi ilə görüşə getməlidir.
Lent.az xarici mediaya istinadən bildirir ki, 77 yaşlı sənətçi bu gözlənilməz məsləhəti “YouTube”da yayımlanan “Chicken Shop Date” şousunun bir epizodundaverib.
Gənc partnyorlarla romantik münasibətlərin üstünlükləri ilə bağlı sualı cavablandıran 77 yaşlı Şer yaşıdları tərəfindən cəlb olunmadığını etiraf edib. Onun sözlərinə görə, son bir ildir ki, 37 yaşlı musiqi prodüseri Aleksandr Edvardsla görüşür.
Şer yaş fərqi ilə bağlı stereotiplərin əksinə, münasibətlərin xoşbəxt olduğunu bildirib. “Nə olur-olsun, onun yanında olmağı xoşlayıram. O, məni güldürür və biz əylənirik”, - Şer bildirib.
Müğənni əlavə edib ki, sevgilisinin geyindiyi paltarı bəyənir. Bundan əlavə, onun zəkasını, yumor hissini, xeyirxahlığını və istedadını yüksək qiymətləndirir.