Hollivudun ulduzlarından biri, ”Oskar” mükafatı almış Suzan Sarandon İsrailin Fələstinə qarşı siyasətini tənqid etdiyinə görə boykot olunub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 77 yaşlı Sarandon Hollivudla qarşı qarşıya qalıb. Ona gələn film təklifləri geri çəkilib, aktrisanın menecerliyini edən UTA şirkəti əməkdaşlıq müqaviləsini ləğv edib. Aktrisaya açıq şəkildə boykotun Fələstini dəstəkləməsi ilə bağlı olduğu deyilib.
Sarandon açıqlamasında deyib: “Hətta ABŞ-da belə müsəlman olmağın necə çətin duyğu olduğunu anladım”.