Meyxanaçı Orxan Lökbatanlı qatıldığı proqramların birində maraqlı açıqlama verib.
Lent.az-ın xəbərinə görə, o, başına gəlmiş məzəli bir xatirəni bölüşüb:
“Bir dəfə toya getmişdik. Foyedə dayanmışıq. 55-60 yaşlarında görünüşündən müəllimə oxşayan bir kişi bizə yaxınlaşdı. İçmişdi. O vaxt Namiq Qaraçuxurlu ilə Aygün Kazımova duet ortaqlığına yenicə son verib, ayrılmışdılar. Kişi soruşdu ki, onlar niyə ayrıldı? Dedim bilmirəm. Kişi əl çəkmir, inadla bir neçə dəfə soruşdu ki, sən bilmiş olarsan, de görüm, onlar axı niyə ayrıldılar?
Axırda zarafatla dedim “uşaqları olmurdu, ona görə”. Kişini bu cavab qane elədi, çıxıb getdi".