Azərbaycanın Xalq artisti Miri Yusif evliliyinin 15 ilinə paylaşım edib.
Lent.az xəbər verir ki, "15 il öncə nişan üzüklərimizi dəyişdirdik və söz verdik ki, həm dar həm də şad günlərdə bir birimizə dayaq olaq... Bu hələ bir başlanğıcdır" bu sözləri müğənni Miri Yusif deyib.
O, həyat yoldaşı Nərgiz Mirbabayeva ilə olan fotolarını "İnstagram" hesabında izləyiciləri ilə bölüşüb.
"15 ilimiz mübarək, Nərgizim. Ömrümüzün son gününə, son nəfəsə qədər bir yerdə! Allah bizi ayırmasın, Allah bütün sevgililəri qorusun!" - deyə sənətçi yazıb.