Türkiyənin tanınmış aktrisası İrem Sak və basketbolçu sevgilisi Furkan Korkmaz dənizdə romantik anlar yaşayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur cütlük ötən gün çimərlikdə görüntülənib. Dostları ilə dənizdə voleybol oynayan məşhur cütlük tez-tez ətrafa göz gəzdirirdilər ki, birdən ətrafda jurnalistlər olar.
Jurnalistləri görən İrem Sak dostlarının ona "boş ver çəksinlər" deməsi ilə dənizdə qalaraq voleybol oynamağa davam edib.
Birlikdə dənizə girən məşhur cütlüyün romantik anları kameralara belə əks olunub.