Türkiyəli aktyor Uraz Kaygılaroğlu "İnstagram"da aralarında yaxın dostları da daxil olmaqla 400 nəfəri izləmədən çıxarıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı suallarına sərt reaksiya verib.
Bu qədər problem olduğu halda sosial media hesabımın mövzu olması gülüncdür:
“İnstaqram mənim şəxsi məkanımdır. Ölkədə bu qədər problem olduğu halda mənim sosial media hesabımın mövzu olması gülünc görünür. Bu mövzuda danışmaq istəmirəm”.