“Çakal” ləqəbi ilə tanınan türkiyəli məşhur reper Emirhan Çakal dostları ilə Mayamidəki restoranlardan birinə gedib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur reper 3 min 500 dollar dəyərində su sifariş edib.
Şəhərin ən dəbdəbəli restoranlarından biri olan “Wet Miami”də bahalı içki menyusu, həmçinin xüsusi su kolleksiyası var.
Qeyd edək ki, 3 min 500 dollar dəyərində yapon brendi olan bu su “Swarovski” daşları ilə bəzədilmiş məhdud sayda butulkalarda təqdim edilir.