Türkiyəli müğənni Selen Görgüzel ayı qanı, sünnət dərisi və ana südünün faydalarından danışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl sünnət dərisindən baxım edən müğənni Selen Görgüzel bədəninə də ayı qanı vurulmasını istədiyini bildirib. Selen Görgüzelin tapdığı son formul "ana südü içmək" olub.
Əlində plastik şüşə ilə “Nişantaşı” küçələrində gəzərkən görüntülənən Selen Görgüzel kameraların qarşısında içdiyi mayenin “Ana Südü” olduğunu açıqlayıb.
“Onu uşağını əmizdirən dostumdan aldım, ana südüdür”. Bu aralar vitamin əlavəsi qəbul etsəm də, yorğunluğumdan çıxa bilmirəm, həkimim belə bir şey tövsiyə etdi”.