"Türkiyem" mahnısı ilə tanınan Müşərref Akay qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 71 yaşlı Akay 15 ildir evli olduğu birinci həyat yoldaşından zorakılıq tətbiq edərək boşandığını bildirib.
Aktyor və müğənni Müşərref Akay canlı yayımda ümumilikdə 3 evliliyi olduğunu və birinci həyat yoldaşına zorakılıq etdiyini etiraf edib.
Kalaycıoğlunun "Həyatınızda zorakılığa və təzyiqlərə məruz qalmısınızmı?" sualı ilə bağlı danışan Müşərref Akay bunları deyib:
"Yox, heç bir şəkildə. Birinci ərimə qarşı zorakılıq etdim və ondan boşandım. O buna layiq idi. Məni təhqir edəcəyini düşündü, ona görə də belə etdim. Uşaqlarımı götürüb getdim. Məni kim vura bilər? Mənim bu adamla nə işim var? Bağışlaya bilmədiyim yeganə insandır. Onun 17 yaşı var idi və mən onu sevirdim. Evləndim. Evlilik arzularım var idi. Mahmut Tezcanın şirkətinə rekord vurdum, sonra onunla evləndik. 15 il evli qaldım. 20 il sonra ikinci evliliyim oldu, amma 1,5 il davam etdi. 9 il sonra 3-cü evliliyim oldu, 1,5 il sürdü. Mən ərə gedə bilmirəm, mə bilmirəm, bu, məndə alınmır”.