Türkiyənin məşhur müğənnisi Nazan Öncel ölümdən dönüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur sənətçi başına gələn hadisəni sosial media hesabında izləyiciləri ilə bölüşüb. Müğənni İstanbulun Kemerburgaz qəsəbəsindəki evinin bağçasına təmiz hava almaq üçün çıxanda yuxarı mərtəbənin eyvanındakı gül qabı başına sürtünərək çiyninə dəyərək onu yerə yıxıb.
Müğənni deyib: “Həyat bir göz qırpımındadır, bəlkə də daha pis şeylər ola bilərdi”.