Türkiyəli gənc aktrisa Seda Tosun boşandığını açıqlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin iyununda Taner Ataşla ailə həyatı quran aktrisa boşanmaq qərarına gəlib.
İki ay əvvəl Lidya adlı qızı dünyaya gələn cütlüyün xoşbəxt olmadıqları məlum olub.
“Evliliyimi bitirirəm. Təəssüf ki, anlaşa bilmirik. Onsuz da uzun müddət hamiləliyim və uşağım üçün səbirli davranırdım. Amma artıq onun səhvlərinə dözə bilmirəm”, - deyə aktrisa bildirib.
Qeyd edək ki, bu Seda Tosunun ikinci evliliyidir. Aktrisa 2020-ci ildə musiqiçi Eymen Adaldan boşanmışdı. Seda əsasən “Möcüzə” filmindəki roluna görə məşhurlaşmışdı.