Türkiyəli məşhur aktrisa Afra Saraçoğlunun sosial media qazancı ortaya çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın jurnalların, reklamların və televizyanın ən çox axtarılan məşhurlarından biri olduğu açıqlanıb. Afra Saraçoğlunun paylaşım başına 250 min TL (təqribən 15 min 961 azn) qazandığı öyrənilib. Gözəl aktrisanın sosial mediada 8,2 milyon takipçisi olduğu bilinib.