Türkiyənin tanınmış aktrisası tavandan asılan dairədə rəqs edərkən yerə yıxılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorluqla yanaşı, rəqslə də məşğul olan Ece Yaşar sosial media hesabında son paylaşımı ilə ürəkləri riqqətə gətirib.
Evinin tavanından asılan dairədə rəqs edən aktrisa müvazinətini itirərək yerə çırpılıb.
Həmin anlar sosial mediada böyük əks-səda doğursa da, Yaşar son durumu ilə bağlı “Lazımi dərslər alındı” deyərək məlumat verib.