Türkiyənin məşhur seriallarından olan "Çocuklar Duymasın" da rol alan aktrisa Seda Fettahoğlu parkda ölü tapılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sihirli Annem” və “Çocuklar Duymasın” başda olmaqla bir çox seriallardakı rolları tanınan aktrisa Seda Fettahoğlu dünyasını dəyişib.
Polis qrupları bu səhər aldıqları xəbərin ardından Beyoğlunun Ömər Avni səmtindəki “Hacı İzzet” parkında bir nəfərin cəsədi ilə qarşılaşıb. Araşdırma zamanı ölənin Seda Fettahoğlu olduğu bilinib.
Qeyd edək ki, Fəttahoğlunun şəxsi “Instagram” hesabından son paylaşımı da üzə çıxıb.
4 gün əvvəl küçədə keçirdiyi xoşbəxt anın fotosunu yayımlayan məşhur aktrisa paylaşımına “Həyatı sev, bədəni qoru” yazıb.