Türkiyənin məşhur aktrisası Esra Dermancıoğlu illər əvvəl çəkilmiş fotosunu paylaşıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 19, 24 və 54 yaşlarında çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb. Dermancıoğlu fotoların altına bu qeydi yazıb:
“Zaman keçir. Estetik bəzilərimizin sahib olmalı olduğu bir şeydir. Bu hətta müzakirəyə açıq bir məsələ belə deyil. Amma mənə çox dəyərli görünür ki, insan keçmişə baxanda dəyişikliyi görsün. Əsl gözəlliyin nə olduğunu bilsin”.