Türkiyəli məşhur aktrisa Hülya Korel Çeşmə mövsümünü bağ evindən paylaşdığı foto ilə bağlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, O, yayı illər əvvəl aldığı Çeşmədəki evində keçirib.
İki mərtəbəli lüks villa geniş bir bağçanın içində yerləşir. Evin ətrafı Hülya Korelin çox sevdiyi güllərlə əhatə olunub.
Hülya Korel bağın bir hissəsini yeməkxana kimi istifadə edib.
Lüks villanın panjurları uzun illər mavi idi, sonra türk filmlərindəki kimi “qırmızı panjurlu ev”ə çevirib.