Səudiyyə Ərəbistanında keçirilən Beynəlxalq Qırmızı Dəniz Film Festivlı rəngarəng görüntüləri ilə yadda qalıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, festivala qatılan türkiyəli aktrisa Meryem Üzərli Hollivud ulduzu Uill Smitlə səmimi söhbət edib. Qırmızı libası və örpəyi ilə diqqət çəkən Meryem Üzərli həmin şəkilləri öz sosial şəbəkə hesabında paylaşıb.
Conni Depp, Seron Stoun, Maykl Vilyams, Diana Kruger kimi məşhurların qatıldığı festivala Türkiyədən Hande Erçel, Burak Özçivit və Meryem Üzerli dəvət alıb.