Müğənni Şəbnəm Tovuzlu onun ifa etdiyi janrı tənqid edən həmkarlarına cavab verib.
Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bu sözləri vurğulayıb:
“Mənim adım gələndə ağızlarını büzənlər, məndən nə artıq ifa edirlər ki? Mən olan toylarda siz ola bilmərsiniz. Çünki siz toy idarə edə bilmirsiniz. Sizi sadəcə toya çağırırlar, gəlib 3-5 fanaqram oxuyub gedirsiz. İnsanlara düzgün musiqini təqdim edə bilmirlər. Onların heç biri Nadir Qafarzadə kimi toy apara bilməzlər. Barəmdə nəsə deyən müğənnilər Nadir Qafarzadədən artıqdı? Bunlar elə bilirlər ki, onlar getdiyi restoranlara bizi dəvət etmirlər. Yalandır, hamısında da olmuşam”.
Qeyd edək ki, Ş.Tovuzlunun müsahibəsinin tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz: