Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini  AÇIQLADI
22 may 2025 15:14 (UTC +04:00)

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI

Məşhur aktyor Kıvanç Tatlıtuğ, uzun müddətdir cəmiyyətdən gizlətdiyi sağlamlıq problemindən danışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktyorun illər boyu səssizcə mübarizə apardığı xəstəlik və müalicə prosesi pərəstişkarlarını təəccübləndirib. Tatlıtuğ yaşadığı çətin dövrü geridə qoymağı bacarıb.

Yuxu zamanı nəfəsin dayanmasına səbəb olan və həyati təhlükə yaradan yuxu apnesi, aktyorun gündəlik həyatını da mənfi təsir edib.

Tatlıtuğ, hazırda layihələrə ara verərək ekrandan uzaq bir dövr keçirir. Sağlamlığına yenidən qovuşan aktyorun, gələcək dövrlərdə yeni layihələrlə izləyicisinin qarşısına çıxması gözlənilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar