Aktyorluğu ilə yanaşı, şəxsi həyatı və yaraşıqlılığı ilə də ad çıxaran Kıvanç Tatlıtuğ son paylaşımı ilə gündəm olub.
Lent.az xəbər verirk ki, yay boyu idmana ara verməyən məşhur bədən formasını qoruyub.
Uzun müddət sonra "Ailə" serialı ilə televiziya ekranlarına qayıdan, hazırda bütün vaxtını həyat yoldaşı və oğlu ilə keçirən Kıvanç Tatlıtuğ formasını qoruyub saxlamağa diqqət yetirir.
Mövsüm ərzində formasını qorumaq üçün idman zalını tərk etməyən Kıvanç Tatlıtuğ idmandan sonra çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.
Fit imici və əzələləri ilə diqqət çəkən məşhur aktyorun paylaşımı böyük marağa səbəb olub.
2016-cı ildə stilisti Başak Dizer ilə evlənən Kıvanç Tatlıtuğun 15 aprel 2022-ci ildə oğlu dünyaya gətirib.
Sosial şəbəkədə zaman-zaman sevgi dolu pozalarını paylaşan məşhur cütlük özəl həyatlarını gözdən uzaq yaşamağa üstünlük verir.