Qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva maraqlı açıqlaması ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o qatıldığı proqramda evini maddi cəhətdən yaxşı təmin edən kişilərin xəyanətinə haqq qazandırıb.
"Pul qazanan kişi ailəsini saxlayır. Qadının almaqdan, gətirməkdən xəbəri yoxdur. Kişi bunu edirsə, qoy getsin. Hara gedirsə, qayıdacaq. Biri də var ki, pul yoxdur, özü küçələrdə. Kişinin pulu evdə, özü küçədə olar”, - o bildirib.
Əməkdar artist bildirib ki, heç vaxt sevgiyə inanmayıb: “Sevəndə adamı axmaq yerinə qoyurlar"