8 min 658 il həbs cəzası alan Adnan Oktardan bəhs edən "Kedicik" adlı sənədli film yayımdan qaldırılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “YouTube”da yayımlanan 140journos bir çox cinayətlərə görə 8658 il həbs cəzası alan Adnan Oktar haqqında "Kedicik" adlı sənədli film yayımlayıb.
"Kediciklər" kimi tanınan qadın qurbanların təcrübələri ictimaiyyətə böyük təsir bağışlayıb. Lakin "İhlas" xəbər agentliyinin müəllif hüquqları ilə bağlı etirazına görə sənədli film yayımdan çıxarılıb.