"Kapitan Amerika"nın ulduzu Kris Evans  gizli toy etdi
12 sentyabr 2023 19:23 (UTC +04:00)

"Kapitan Amerika"nın ulduzu Kris Evans gizli toy etdi

Dünyaca məşhur "Kapitan Amerika" filminin ulduzu Kris Evans gizli toy edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı məşhur aktyor, "Qisasçılar" və "Kapitan Amerika" super qəhrəman filmlərinin ulduzu Kris Evans artıq subay deyil. O, bu yaxınlarda 26 yaşlı Alba Baptiste ilə evlənib. Şəxsi həyatını tez-tez reklam etməyən amerikalı aktyor sevgilisi ilə toy edib. Toyda yeni ailə quranların yaxın qohumları və dostları iştirak edib. Onun Marvel filmlərindəki həmkarları, xüsusilə Robert Dauni Jr., Kris Hemsvort və Ceremi Renner iştirak edib.

Qeyd edək ki, Kris Evansın 26 yaşlı portuqaliyalı aktrisa ilə münasibəti barədə söz-söhbətlər ötən ilin sonunda ortaya çıxsa da, cütlük münasibətlərini gizlətmək üçün əllərindən gələni edib. Ancaq insayderlərin dediyinə görə, onlar birlikdə çox xoşbəxtdirlər, Krisin ailəsi yeni gəlinlərindən məmnundur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3680

Oxşar yazılar