Jerar Pikedən Şakiraya yalan danışmaq  İTTİHAMI
24 oktyabr 2024 13:16 (UTC +04:00)

Jerar Pikedən Şakiraya yalan danışmaq İTTİHAMI

Dünya şöhrətli müğənni Şakira və "Barselona"nın keçmiş futbolçusu Jerar Pikenin evliliyi 2022-ci ildə pozulub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçu özündən 12 yaş kiçik bir xanımla sevgili olaraq Şakiraya xəyanət etmişdi.

Amma idmançı hələ də özünü xəyanətkar saymır. Əksinə, o, Şakiranı baş verənləri yanlış şərh etməkdə ittiham edib.

Keçmiş futbolçu deyib ki, onun həqiqətən necə biri olduğunu yaxınlarının bilməsi kifayətdir. 

“Əsas odur ki, məni ailəm, dostlarım və həqiqətən önəmli insanlar tanısın. Bu, böyük dinclik verir. Çox xoşbəxtəm. İndiki həyatım, sevimli klubumda oynamaq imkanım, gözəl uşaqlarım və sevgilim var. Şakiranın dediklərinə yəqin hamı inanmır”.

Şakira Pikedən ayrıldıqdan sonra tez-tez sevgilisini dəyişir və ciddi münasibətə xüsusi maraq göstərmədiyini söyləməkdən çəkinmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1587
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar