İtkin düşən müğənnilər ÖLÜ TAPILDI
23 sentyabr 2025 16:51 (UTC +04:00)

İtkin düşən müğənnilər ÖLÜ TAPILDI

0

Meksikada qastrol səfərində olan kolumbiyalı müğənnilər – “DJ King” ləqəbli Bayron Sançes və Xorxe Luis Errera ölü vəziyyətdə tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onların cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr uzaqlıqdakı Kokotitlan qəsəbəsində aşkar edilib.

Müğənnilər sentyabrın 16-dan bəri itkin düşmüşdü. Son dəfə Mexikonun Polanko məhəlləsində idman zalından çıxarkən görülüblər.

Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı geniş istintaq başladıb. Yerli media ölümün narkotik qaçaqmalçıları ilə əlaqəli ola biləcəyini yazır.

Kolumbiya prezidenti Qustavo Petro sosial mediada paylaşım edərək, cinayətə görə beynəlxalq mafiyaları və narkotik kartellərini ittiham edib. Meksika rəhbərliyi də müğənnilərin tapılması üçün göstəriş vermişdi.

Hadisə həm Kolumbiyada, həm də Meksikada böyük rezonans doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar