Dünyaca məşhur müğənni Sia estetik əməliyyat etdirdiyini etirafı edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Unstoppable”, “Chandelier” və “Cheap Thrills” kimi mahnıları ilə dünya şöhrəti qazanan avstraliyalı pop ulduz Sia estetik əməliyyat etdirdiyini açıqlayıb.
İllərdir üzünü göstərməməyə üstünlük verən və üzünü pariklə bağlayan avstraliyalı müğənni keçirdiyi üz gərdirmə əməliyyatından danışıb: "Üz gərdirmə əməliyyatım həkim Talei edib. O, inanılmazdır. O, çox yaxşı işləyir".