İllər sonra efirdə  BARIŞDILAR
17 fevral 2022 21:20 (UTC +04:00)

İllər sonra efirdə BARIŞDILAR

Uzun illər küsülü olan müğənnilər Cavad Rəcəbov və Qədir Məmmədov barışıblar.

Lent.az-ın məlumatına görə, onların barışığı "Həmin Zaur" verilişində baş tutub.

Aparıcı Zaur Kamal telefonla Qədir Məmmədova zəng edib, onu Cavad Rəcəbovla danışdırıb.

Müğənnilər bir-biriləri haqda xoş sözlər deyib, barışdıqlarını bəyan ediblər.

Xatırladaq ki, 2014-cü ildə “Sevimli şou” verilişinin reklam fasiləsində hər iki müğənni əlbəyaxa olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Yalçın UĞUR

Oxşar yazılar