İlk dəfə:  İki transgender   "Dünya gözəli" olmaq istəyir
13 noyabr 2023 18:04 (UTC +04:00)

İlk dəfə: İki transgender "Dünya gözəli" olmaq istəyir

Dünyanın ən nüfuzlu gözəllik yarışmalarından olan “Kainat gözəli 2023”ün final mərhələsi noyabr ayının 18-də Salvadorda keçiriləcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yarışma tarixində ilk dəfə müsabiqənin final mərhələsinə iki transgender qadın da keçib. Onlar Portuqaliya və Niderlandı təmsil edən Marina Meçete və Rikki Kolledir.

Portuqaliyalı gözəlçənin 28 yaşı var. O son illər stüardessa işləyib, ölkəsinin keçirdiyi gözəllik yarışmasında birincilik qazandıqdan sonra beynəlxalq yarışa qatılıb.

Niderlandlı iştirakçının 22 yaşı var. O, gender diskriminasiyasından əziyyət çəkən bütün insanlara ilham vermək üçün müsabiqəyə qatıldığını deyib.

Transgenderlər 90 gözəl qız arasından yarımfinal mərhələsinə keçməyi bacarıblar.

Qeyd edək ki, transgenderlərin gözəllik yarışmasında iştirakına 2012-ci ildən icazə verilir.

“Transgender qadınlar qadındırlar. Nöqtə”, - o zaman təşkilatçılar bəyan etmişdilər.

Qeyd edək ki, bu yarışı təşkil edən Enn Cakrayutatil də transgenderdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7539
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar