“Hörümçək adam” silsiləsindən olan filmlərdə tamaşaçıların ən çox sevdiyi qəhrəman Tobi Maquayr oldu.
Lent.az-ı xarici mediaya istinadən xəbərinə görə, 2021-ci ildə 14 illik fasilədən sonra Tobi yenidən bu rolla tamaşaçı qarşısına çıxdı. “Hörümçək adam-Evə yol yoxdur” filminin çəkilməsi ilə aktyor yenidən diqqəti üzərinə çəkdi. Film böyük maraqla qarşılandı və kassa gəlirləri rekord vurdu.
Bu yaxınlarda müsahibə verən aktyor bildirib ki, son film çəkilənə qədər o özünə yaradıcılıq məzuniyyəti veribmiş, uzun müddət aktyor sənətinə marağını itirib, heç bir yerdən film təklifi almayıb.
“Bu filmə görə zəng gələndə sevindim. Filmdəki tərəf müqabillərim Endryu Qarflid və Tom Hollandla işləmək xoşuma gəldi. Enerji topladım”,- deyən Tobi bildirib kİ, uğurlu startdan sonra daha 2 təklif alıb, “Vavilon” və “Ekstraqütbləşmə” fantastik filmlərində çəkilib.
Onun yenidən Piter Paker rolunu canlandırıb-canlandırmayacağı hələlik məlum deyil.