62 yaşlı aktrisa Demi Mur 2011-ci ildə üçüncü əri Eşton Katçerdən boşandıqdan sonra yeni münasibətlərə çox ehtiyatla yanaşır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Demi yeni münasibətə başlayanda bütün həyatını və kimliyini kənara qoymaq kimi pis bir adətə malikdir. Onun Eştonla münasibəti karyerasını udmuşdu və o, yalnız son bir il ərzində peşəkar həyata qayıtmağa başlayıb.
2013-cü ildə ulduzun adı restoran sahibi Harri Morton və “Dead Sara” musiqi qrupunun barabançısı Şon Fraydey ilə hallandırılıb. Demək olar ki, on il sonra isə o, şef-aşpaz Daniel Hamm ilə birlikdə olub, lakin bir il sonra ayrılıblar.
Romantik münasibətlərdən imtinanın başqa bir səbəbi isə odur ki, Mur ikinci əri - üç qızının atası Bryus Uillisi fəal şəkildə dəstəkləyir. Uillis hazırda frontotemporal demensiya ilə mübarizə aparır.
“Demi onunla maraqlanan kişilərdən imtina edir. Filmlərdə rol almaqla bağlı təkliflər indi onun üçün romantik şam yeməkləri və ya səfərlərdən daha maraqlıdır”, - mənbə əlavə edib.