“Həmkarlarım tərəfindən təklənmişəm ” - Damla
16 oktyabr 2024 10:01 (UTC +04:00)

“Həmkarlarım tərəfindən təklənmişəm” - Damla

“İllərlə mən həmkarlarım tərəfindən təklənmişəm. Bu hələ də davam etməkdədir. Bundan sonra qərar verdim ki, efirə tək çıxım. Hətta haqqımda elə bir təqdimatlar aparılıb ki... Sanki ölkədə 2-3 müğənni var, yalnız onlar oxuya bilir, yalnız onlar yeniliklərə açıqdı”.

Lent.az-ın xəbərinə görə, bu fikirləri müğənni Damla qonaq olduğu proqramda səsləndirib.

“Səhnəyə yenicə qədəmlərimi qoyub verilişə gedəndə filan müğənni deyirdi ki, Damla ilə efirə çıxmıram, digər ifaçı da söyləyir ki, Damla olan yerdə mən yoxam. Onlar verilişdən gedirdilər, mən də efirdə tək qalırdım. İnsanlar arasında belə bir söhbət yayılmışdı ki, Damla yekaxandır, efirlərə tək çıxır. Sonradan dedim ki, mən istəmədiyim yerdə onlarla eyni verilişdə görünməyə özümü niyə məcbur hiss etməliyəm? Bundan sonra qərar verdim ki, efirə tək çıxım” - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3627
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar