"Həmin gecə az qala öləcəkdim"
25 oktyabr 2023 02:11 (UTC +04:00)

"Həmin gecə az qala öləcəkdim"

Məşhur amerikalı müğənni Pink karyerasının əvvəlində çox narkotik qəbul etdiyi üçün az qala ölə biləcəyini deyib.

Lent.az xəbər verirki, bu barədə ifaçı “60 Minutes American Style”a müsahibəsində danışıb. 44 yaşlı Pink bildirib ki, 1995-ci ilin noyabrında, ilk rekord müqaviləni imzalamazdan bir neçə həftə əvvəl və ondan sonrakı tədbirlərin birində çox narkotik qəbul edib. Müğənni o ankı vəziyyətinin ciddiliyi ilə bağlı suala "həmin gecə az qala öləcəkdim" cavabını verib.

Pink həmin vaxtlarkı davranışlarını çətin yeniyetməlik dövrü ilə əlaqələndirib:

"Mən pank (1970-ci illərin ortalarında ifadə azadlığı hərəkatı və üsyan) idim. Əsasən, valideynlərimin hər gün bir-birinin üstünə qışqırdığı, əşyalar atdığı evdə böyümüşəm. Onlar bir-birlərinə nifrət edirdilər. Sonra narkotikə başladım. Narkotik satdım. Sonra da evdən qovuldum".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4428
avatar

Oxşar yazılar