Hadisenin polisə verdiyi ifadə  ortaya çıxdı: Aylıq gəliri, 800 min...
10 oktyabr 2025 09:53 (UTC +04:00)

Hadisenin polisə verdiyi ifadə ortaya çıxdı: Aylıq gəliri, 800 min...

0

Hadisenin ifadəsinin detalları

Türkiyəli müğənni Hadise, məşhurlara birlikdə narkotik əməliyyatı çərçivəsində saxlanılmışdı. Hazırda sərbəst buraxılıb.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, müğənninin əməliyyat zamanı İstanbul polisində Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin müstəntiqinə verdiyi ifadə ortaya çıxıb.

Hadise ifadəsində belə deyib:

“Həyatımın heç bir dövründə narkotiklə bir əlaqəm olmayıb. Heç vaxt istifadə etməmişəm. İçki və ya narkotik istifadə edilən bir mühitdə belə olmamışam. Narkotik satdığı bilinən bir insanla əlaqə qurmadım, bu mövzu ilə bağlı heç kəsi vasitəçi etmədim”.

Aylıq gəlirini də açıqladı

Müğənni, ifadəsi zamanı aylıq gəlirinin 700 min ilə 800 min lirə arasında dəyişdiyini də bildirib.

Hadisenin vəkili Orhan Erol Müezzinoğlu isə mətbuata açıqlama verərək bu sözləri deyib:

“Müvəkkilimin mənəvi və şəxsi hüquqlarına zərər verən, şəxsiyyətinə hücum xarakteri daşıyan əsassız xəbərlər və şərhlərlə bağlı bütün hüquqi proseslər başladılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 948

Oxşar yazılar