Bakının Sabunçu rayonu Zabrat qəsəbəsi sakinlərindən biri evindən oğurluq edilməsi barədə polisə müraciət edib.
Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.