Yeni il gecəsi kişini çəkiclə  öldürüb, toyuq hinində  gizlətdi
10 yanvar 2026 17:27 (UTC +04:00)

Yeni il gecəsi kişini çəkiclə öldürüb, toyuq hinində gizlətdi

0

Rusiyanın Kaluqa şəhərində bir qadın tanışı olan kişini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Yeni il gecəsi baş verib. Şübhəli ilə onun tanışı arasında münaqişə yaranıb və mübahisə zamanı qadın kişinin başına çəkiclə üç zərbə endirib. 

Cinayətdən sonra o, zərərçəkəni toyuq hinində gizlədib və özü də tanışlarının yanında gizlənib. Kişi tapılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qadın saxlanılıb, faktla bağlı cinayət işi başlanıb. Məhkəmə istintaqın vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1827

Oxşar yazılar