“Fənərbaxça” Türkiyə Superkubokunun qalibi oldu
10 yanvar 2026 21:50 (UTC +04:00)

“Fənərbaxça” Türkiyə Superkubokunun qalibi oldu

0

Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Lent.az xəbər verir ki, həlledici qarşılaşmada “Qalatasaray” “Fənərbaxça” ilə üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 19:45-də başlayıb.

Sarı-lacivərdlilər” komandanın yeni transferi Mateo Genduzi və Ceydon Ostervoldenin vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edib və kuboku qazanıb.

Qeyd edək ki, “Fənərbaxça” tarixində 10-cu dəfə Türkiyə Superkubokunu qazanıb. Komanda sonuncu dəfə bu kubokun sahibi 2014/15 mövsümündə olmuşdu.

Türkiyə Superkuboku
Final
19:45. “Qalatasaray” - “Fənərbaxça” - 0:2
Qol: M. Genduzi, 28, C. Ostervolde, 48

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1437

Oxşar yazılar