“Alnım ana südü kümü ağdır” – Hadisə və İrəmin İLK AÇIQLAMALARI
09 oktyabr 2025 12:57 (UTC +04:00)

“Alnım ana südü kümü ağdır” – Hadisə və İrəmin İLK AÇIQLAMALARI

0

Türkiyə hələ də məşhurların narkotik əməliyyatı ilə bağlı sualına cavab axtarır.

Lent.az Türkiyə mediasına istinadən sənətçilərin tutulduqdan sonra verdiyi açıqlamaları təqdim edir.

Əvvəlcə onu qeyd edək ki, Jandarmada ifadə vermək üçün eyni dəhlizdə gözləyən keçmiş sevgililər Hadisə və Kaan Yıldırım üz-üzə belə gəlməyiblər. Hadisə sərbəst buraxıldıqdan sonra deyib ki, mən də sizin qədər təəccüblənmişəm: “Hətta siqaret belə çəkmirəm. Siqaret çəkənlərə sözüm yoxdur, səhv başa düşməyin, amma bugünkü əməliyyatın nəyə aid olduğunu bilirsiniz. Bu mövzuda tamamilə təmiz olduğumu bildiyim üçün bu hadisə mənə çox ağır gəldi, toxundu. Bunu açıq şəkildə deyim. İndi qarşınızda gülümsəyə bilərəm, amma insanın psixologiyası bir az pozulur. Çünki siz mənim necə bir insan olduğumu bilirsiniz. Anamla atam məni elə böyütməyiblər. Mən işinə aşiq olan bir qadınam və bu günə qədər buraya öz əzimlə gəlmişəm.”

Hadisənin danışdığı anlarda çətinlik çəkdiyi və göz yaşlarını saxlaya bilmədiyi müşahidə olunub. O deyib ki, amma axşam səhnədəyəm. Müğənni daha sonra Ankaradakı konsert meydanından da paylaşım edib.

“ALNIM ANA SÜDÜM QƏDƏR TƏMİZDİR”

Sərbəst buraxıldıqdan sonra mətbuata açıqlama verən İrem Derici bunları söyləyib:

“Səhər o şəkildə götürülməyim məni çox üzdü. Mən qanunlara qarşı hörmətli bir qadınam. Sadəcə bir zənglə saç və qan nümunəsi verə bilərdim. Bu nəticələri sizdən çox mən gözləyirəm. Alnım ana südü qədər təmizdir. Bu narkotik deyilən bəla mənim yaxınımdan belə keçə bilməz. Heç bir ittihamı qəbul etmirəm. Başqa xəstəxanada də ehtiyat üçün saç və qan nümunəsi verəcəyəm. Əgər lazım olsa, təmiz nəticələri məhəllə-məhəllə, küçə-küçə gəzib paylaşacağam. Jandarma qrupunu konsertimə dəvət etdim, gələcəklər. Musiqi ilə bu günləri unudacağıq.”

O, sevgilisi Melih Kunukçu ilə nişan üzüyü taxan İrem Derici kameralar qarşısında poz verməyi də unutmayıb.

Qeyd edək ki, dünən səhər saatlarında 19 məşhur şəxsə qarşı narkotik və psixotrop maddə istifadəsi əməliyyatı keçirildi və onlar axşam saatlarında sərbəst buraxılıblar.

İfadəsi alınan məşhurlar arasında yer alan İrem Derici qan, sidik və saç nümunəsi verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar